Palata 6 ayın statistikasını açıqladı
Bu ilin 6 ayı ərzində ölkənin 25 sığortaçısı tərəfindən 285,3 milyon manat sığorta haqqı hesablanıb. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 42,950 milyon manat və ya 17,7% çoxdur.
Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, 2016-cı ilin birinci yarımili ərzində sığortaçıların həyata keçirdiyi sığorta ödənişlərinin məbləği 101,4 milyon manat təşkil edib. Bu da 2015-ci ilə nisbətən 10,1% çoxdur.
Könüllü və icbari sığorta növləri üzrə də müsbət dinamika müşahidə olunub. Dövr ərzində könüllü sığorta növləri üzrə haqlar 15.54%, ödənişlər isə 4.93% artaraq, müvafiq olaraq 177, 1 və 75,1 milyon manat təşkil edib.
Həyat sığortası bazarında yığım 35%, ödəniş isə 1,2 dəfə artıb. Qeyri-həyat sığortası bazarında yığım 7,5% artıb, ödəniş isə 5% azalıb.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 35,5 manat ödəniş həyata keçirilib. Bu göstərici keçən ilin eyni dövrü üzrə 38 manat təşkil edib.
Miq.az