Paltarı od tutub yandı və öldü - Bakıda

Paltarı od tutub yandı və öldü - Bakıda
Bakıda dəhşətli hadisə baş verib.

Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü mədən yaşayış massivində yaşayan 1928-ci il təvəllüdlü Abbasova Minarə Məhəmmədcanovna yaşadığı evdə ağır yanıq xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, 89 yaşlı qadın oğlunun ailəsi ilə birgə yaşasa da, otağı ayrı imiş. Hadisə vaxtı onun paltarı elektrik sobasına toxunaraq alışmağa başlayıb. Alova bürünən qadın həyətə çıxıb. Gəlini kömək etməyə çalışsa da, o, ağır xəsarətlər alıb və həyatını xilas etmək mümkün olmayıb.(Lent.az)


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az