Papa ermənilərlə birgə Qarabağ bəyannaməsi yaydı

Papa ermənilərlə birgə Qarabağ bəyannaməsi yaydı
Roma papası Fransisk Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid edir.
 
Report xəbər verir ki, bu barədə İrəvanda Roma papası ilə erməni katalikos II Qaregin arasında imzalanan birgə bəyannamədə bildirilir.

"Dini fərqliliyə hörmət müxtəlif etnik və dini icmaların bir yerdə dinc şəraitdə yaşaması üçün zəruri şərtdir. Və biz xristianlar olaraq, sülh və barışıq yollarını axtarmaq və onları reallaşdırmağa yönəliyik. Biz bu mənadə ümid edirik ki, Dağlıq Qarabağla bağlı bütün məsələlər sülh yolu ilə həll olunacaq", — deyə birgə bəyannamədə qeyd olunur.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az