Papa Gümridə kütləvi ibadət keçirdi
Ermənistanın şimalındakı Gümri şəhərində dini mərasimə qatılan Roma Papasını minlərlə adam qarşılayıb. Şəhərin mərkəzi meydanına toplaşanlar arasında xarici ölkələrdən gələnlər də olub.
"Latin liturgiyası" mərasimini keçirən Frascisi katoliklər icmasının üzvləri alqışlayıb. Şəhər sakinlərinin çoxu ailəliklə gəlib.
Milli.Az BBC-yə istinadən bildirir ki, Gümrinin mərkəzi meydanında ibadət üçün böyük çadır qurulub, mərasimdə iştirak etmək üçün on minlərlə mömin qabaqcadan dəvətnamələr alıb.
Ermənistanda 14 minə yaxın katolik var. Gümri Ermənistanın katolik mərkəzi sayılır. Şəhərdə erməni katolik kilsəsi fəaliyyət göstərir, Ermənistan katoliklərinin əksəriyyəti bu şəhərdə və ətraf yaşayış məntəqələrində məskunlaşır.
Bundan əvvəl Roma Papası Francis bütün ermənilərin katolikosu II Qareginin müşayiəti ilə Yerevanda "Erməni soyqırımı xatirə kompleksinə" baş çəkib.
Dünya katoliklərinin dini rəhbərinin kortejini xatirə kompleksinin yerləşdiyi Tsitsernakaberd yüksəkliyində Ermənistan prezidenti Serj Sarkisyanla "birinci xanım" Rita Sarkisyan qarşılayıb.
Xatirə kompleksinə gedən yol boyunca əllərində ikona uşaqlar düzülüb. Papanı çoxsaylı rəsmi nümayəndə heyətləri və dindarlar salamlayıb.
Səhər Roma Papası bütün ermənilərin katolikosu və Ermənistan prezidentinin müşayiətilə "Tsitsernakaberd" xatirə kompleksinə baş çəkib
Matəm musiqisi sədaları altında Roma Papası, II Qaregin, Ermənistan prezidenti ilə xanımı Əbədi Məşəl ətrafına gül-çiçək qoyublar.
Erməni Apostol və Roma Katolik kilsələri dini rəhbərlərinin iştirakı ilə ibadətdən sonra Roma Papası Xatirə Memorialı önünə bir dəstə ağ qızıl gül qoydu.
Daha sonra Roma Papası "Tsitsernakaberd" xatirə xiyabanında küknar ağacı əkib, bütün ermənilərin katolikosu II Qareginin müşayiəti ilə "Erməni soyqırımı" muzey-instituta baş çəkib.
Ötən gün Vatikan rəhbərinin İkinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyasında ermənilərin kütləvi qırğınını yenidən "soyqırım" adlandırıb. Papanın keçən il verdiyi bənzər bəyanatı Türkiyənin qəzəbinə səbəb olmuşdu.
Ermənilər və bir çox tarixiçilərin bildirdiyinə görə 1915-ci ildə 1.5 milyon xristian erməni Osmanlı qüvvələri tərəfindən qətlə yetirilib. Türkiyə bu rəqəmin doğru olmadığını iddia edir. "Soyqırım" sözünə etiraz edən Türkiyənin bildirir ki, qətllər Birinci Dünya Müharibəsi zamanı baş verən münaqişə nəticəsində yer alıb.
Bu Vatikan rəhbərinin Ermənistana ikinci səfəridir. Səfər Yerevana "İlk xristian ölkəsinə ziyarət" şüarı altında keçir. Roma Papası II İoan Pavel 2001-ci ildə Ermənistanda xristianlığın dövlət dini qəbul olunmasının 1700 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib.
Gümridən sonra şənbə günü Roma Papası Yerevanda, Respublika meydanında sülhə çağırış ibadəti və ekumenik mərasimində iştirak edəcək.
Roma Papasının Ermənistana səfəri iyunun 24-də başlayıb. Papa Francis-i həmin gün Ermənistan prezidenti qəbul edib. Vatikan rəhbəri Ermənistan prezident sarayında Ermənistan dövlət və dini rəhbərləri, xarici diplomatlar qarşısında çıxış edib.
Miq.az