“Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qəbulu sürətləndirilməlidir. Biz bu prosesi nə qədər tez başa çatdırsaq, bir o qədər Azərbaycanın qarşısında duran problemlərin həllinə yaxınlaşa bilərik”. Bu fikirləri Parlamentin İqtisadi siyasət komitəsinin dünən keçirilən növbəti iclasında çıxışı zamanı millət vəkili Vahid Əhmədov bildirib.
O deyib ki, ÜTT-nin tələblərindən biri odur ki, gömrük tarifləri və rüsumları dünya standartlarına uyğun olaraq düzgün müəyyənləşdirilsin:
“Biz gec-tez ÜTT-yə üzv qəbul olunacağıq. Ancaq elə rüsumlar və tariflər müəyyənləşdirməliyik ki, Azərbaycan ora daxil olduqda əziyyət çəkməsin”.
Daha sonra çıxış edən millət vəkili Əli Məsimli Azərbaycanın ÜTT-yə daxil olmasının ləngiməsinin qızılca xəstəliyi ilə müqayisə edib:
“İnsan qızılca xəstəliyini nə qədər gec keçirirsə onun ağrıları da çox olur. Biz də nə qədər ki, ÜTT-yə qəbul məsələsini ləngidirik, işlərimizi də bir o qədər çətinləşdiririk. Ona görə də hesab edirəm ki, bu proses sürətləndirilməlidir”.
Millə vəkili Ziyad Səmədzadə isə çıxışında bildirib ki, bu proses zamanında öz həllini tapacaq:
“Cənab Prezident hələ dövlət başçısı seçilməzdən əvvəl, yəni, baş nazir olarkən bildirmişdi ki, ölkənin inkişafına nail olmaq üçün rəqabətə davamlı məhsulların istehsalına nail olmalıyıq. Bundan sonra ÜTT-yə daha rahat şəkildə daxil ola bilərik”.
Kamil
Vtəninfo.az
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat