Paşinyan 2023-cü(!) ilədək Azərbaycandakı erməni hərbçilərinə ev veriləcəyini vəd etdi...
Görünür, bu dığa arxayındır ki, Azərbaycan hələ 4 il bundan sonra da torpaqlarını azad etməyəcək?..
Dünən – avqustun 5-də Xankəndidəki Dirçəliş meydanında etdiyi çıxışında Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altındakı torpaqlarında qanunsuz dislokasiya olunmuş erməni hərbçilərinin sosial problemlərindən də danışıb.
Moderator.az xəbər verir ki, separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, işğalçı ölkə lideri 2023-cü ilədək "müdafiə ordusu” adlanan qondarma rejim ordusunda xidmət edən hərbi qulluqçuların evlə təmin olunacağını vəd edib. N.Paşinyan əlavə edib ki, Ermənistanın ordu quruculuğu sahəsindəki bəzi uğurları hələlik xalqa açıqlanmır...
P.S. Sözsüz ki, bu erməni dığası kimlərdənsə Azərbaycanın torpaqlarını azad etmək üçün qəti hərbi əməliyyatlara başlamayacağına dair zəmanət alıb. Ona görə belə arın-arxayın danışır, qəti şəkildə Qarabağı Ermənistanın tərkib hissəsi elan edir, nəinki 2023-cü ilə aid, 2050-ci ilədək inkişaf perspektivlərindən danışır...
Sultan Laçın