Paşinyan Azərbaycan torpaqlarında bu dəfə “Köçəri” MAHNISINA OYNADI-VİDEO

Paşinyan Azərbaycan torpaqlarında bu dəfə “Köçəri” MAHNISINA OYNADI-VİDEO

Ermənistan rəhbərliyi Azərbaycan sərhədi yaxınlığındakı asma körpünü oynayaraq keçdi..

Bu gün, avqustun 5-i  axşam saatlarında Xankəndidəki Dirçəliş meydanında ermənilərin qarşısında çıxış etməyə hazırlşan işğalçı ölkə baş naziri Nikol Paşinyan Gorus-Laçın-Şuşa yolu istiqamətində- Ermənistan-Azərbaycan dövlət sərhədindən 3-4 km, Laçın rayon mərkəzindən isə hava xətti ilə 11-12 km məsafədə yerləşən Xınzırək kəndinə baş çəkib. Paşinyan özü təxminən bir saat öncə  bu haqda videonu "Facebook" səhifəsində paylaşıb.

Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, Paşinyan, arvadı Anna Akopyan və  komanda üzvləri, o cümlədən müdafiə naziri David Tonoyan, milli təhlükəsizlik xidmətinin rəhbəri Artur Vanesyan kənddəki asma ayaq körpüsünü Azərbaycan milli rəqsi olan "Köçəri”nin sədaları altında rəqs edərək keçiblər.

 

 
Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az