Paşinyan: Azərbaycanın qarşısını kəsəcəyəm

Paşinyan: Azərbaycanın qarşısını kəsəcəyəm
Azərbaycan heç vaxt Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hətta müşahidəçi üzvü belə olmayacaq və Ermənistan buna icazə verməyəcək.

Oxu.Az "Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə keçirilən hökumət saatında Respublika Partiyasından olan deputat Armen Aşotyanın sualına cavab verərkən deyib.
O qeyd edib ki, KTMT-yə yeni üzvün qəbulu konsensusla həll edilir, Azərbaycanın bu təşkilata üzvlüyü məsələsində Ermənistanın mövqeyi ilə bağlı danışmaq artıqdır.
"Ermənistan heç vaxt buna razı olmayacaq”, – Paşinyan bildirib.
O əlavə edib ki, Azərbaycanın KTMT-yə üzvlüyü ilə bağlı söhbətlər əsassızdır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az