Paşinyan Bakı ilə sülh razılaşmasına hazırlaşır

Paşinyan Bakı ilə sülh razılaşmasına hazırlaşır

Nikol Paşinyanın komandası hazırda Azərbaycanla dostluq və əməkdaşlıq haqqında razılaşmaya hazırlıqla məşğuldur. Bu, sülh razılaşması deməkdir.

Miq.Az xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayıl Minasyan deyib. Onun sözlərinə görə, bu razılaşmanın tamamlanması üçün Paşinyana nəzarətində olan parlament lazımdır ki, Paşinyan da buna iyun seçkisi vasitəsilə nail olmaq istəyir:

"Bu işdə o, bütün xarici oyunçuların – Türkiyənin, Rusiyanın, Azərbaycanın, susmuş ABŞ-ın, Fransanın və Britaniyanın dəstəyindən yararlanır. Hətta Soros qlobalist layihəsi belə bu prosesi dəstəkləyir”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az