Paşinyan: Bakı ilə sülh üçün üçüncü tərəfin zəmanəti…

Paşinyan: Bakı ilə sülh üçün üçüncü tərəfin zəmanəti…
Ermənistanın Azərbaycanla sülh sazişi bağlamaq üçün üçüncü tərəflərin zəmanətinə ehtiyacı yoxdur.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

"2022-ci ilin sentyabr hadisəsindən sonra (Ermənistan-Azərbaycan sərhədində toqquşmalar – red.) zəmanətçilər institutuna hələ də ciddi yanaşmalıyıq? Ermənistanın təhlükəsizliyinin bir qarantı var - regionda qonşular arasında xarici yardım olmadan, xarici müdaxilə olmadan yaşaya bilən Ermənistanın özüdür”, - Paşinyan bildirib.
 
****
 
Ölkəmizi ərazisinin 60%-i Qərbi Azərbaycandır - Paşinyan
"Qərbi Azərbaycan” termini altında bizim üçün heç nə müzakirə mövzusu deyil, çünki ölkəmizin ərazisinin 60%-i "Qərbi Azərbaycan” adlananda bu, birbaşa ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün pozulması deməkdir.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.
 
 
****
 
Nikol elan etdi: Konstitusiyanı bu tarixdə dəyişəcəyik
Konstitusiya məsələsinə gəlincə, sülh sazişi mətnində bir bənd var ki, tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirməməkdə öz daxili qanunvericiliklərinə istinad edə bilməzlər. Ermənistan Konstitusiya Məhkəməsinin qərarında deyilir ki, Konstitusiyamızda heç bir qonşuya qarşı ərazi iddiası yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.

O bildirib ki, 2018-ci il və 2020-ci ildən daxili siyasi gündəliyimizdə yeni Konstitusiyanın qəbulu məsələsi var:

"Biz xalqımıza yeni Konstitusiya təklif edəcəyik və 2027-ci ildə yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum keçirməyi planlaşdırırıq. 2026-cı ildəki növbəti parlament seçkiləri ilə paralel olaraq referendumun keçirilə biləcəyi ilə bağlı fikirlər var. Bu, regional və beynəlxalq əhəmiyyət kəsb etsə də, sırf bizim daxili gündəliyimizə aid məsələdir. Azərbaycan gündəliyə yeni məsələlər əlavə edə bilər, lakin bu o demək deyil ki, onların hamısı bizim üçün müzakirə obyektidir”, - o vurğulayıb.

 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az