Paşinyan: "Bakı ilə Xankəndi arasında dialoq vacibdir"

Paşinyan:

Bakı ilə Xankəndi arasında dialoq vacibdir.

KONKRET.az xəbər verir ki, bu fikri Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 13-də hökumətin iclasında deyib.

"Bakı ilə Xankəndi arasında beynəlxalq mexanizmlər çərçivəsində Qarabağ erməniləri ilə bağlı dialoq son dərəcə vacibdir”.

Baş nazir xatırladıb ki, dünən, iyulun 12-də Azərbaycanla Ermənistan arasında sərhəd təhlükəsizliyi üzrə komissiyanın 4-cü iclası keçirilib.

Paşinyanın sözlərinə görə, şənbə günü o, Brüsseldə Aİ Şurasının prezidenti və Azərbaycan lideri ilə görüşəcək.

İqbal Rzayev,

KONKRET.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az