Paşinyan işğal altında olan Azərbaycan ərazilərinə səfər edib

Paşinyan işğal altında olan Azərbaycan ərazilərinə səfər edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.

APA-nın "Armen Press”ə istinadən verdiyi nəlumata görə, Ermənistan Baş naziri bu gün panerməni oyunlarının Xankəndində baş tutacaq açılış mərasimində iştirak edəcək.
N. Paşinyanın mərasimdə çıxışı da nəzərdə tutulur.
Ermənistanın Baş naziri işğal altındakı Azərbaycan ərazilərinə səfər zamanı burada xidmət edən oğlu ilə də görüşüb. Paşinyan həyat yoldaşı və oğlu ilə çəkdirdiyi fotonu "Facebook” səhifəsində paylaşıb.
Qeyd edək ki, panerməni oyunlarının açılış mərasiminin Xankəndində keçirilməsi Azərbaycanın kəskin etirazına səbəb olub. XİN bu addımı pisləyən açıqlama yayıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az