Paşinyan Kazanda sülh və revanşizm arasında əsirdi

Paşinyan Kazanda sülh və revanşizm arasında əsirdi
Paşinyan və Əliyev dünən BRİKS sammitində görüşdə, daha sonra isə ayrı-ayrı danışıqlar çərçivəsində aktiv təmasları ilə diqqət çəkib. Bu, Bakı ilə İrəvan arasında razılaşma üçün çox ciddi imkandır.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko "Moskva-Bakı”ya müsahibəsində deyib.

"Bu, tamhüquqlu sülh müqaviləsinə nail olmaq üçün fürsətdir, Qərbin və Ermənistanın təklifi ilə balaca və qısaldılmış müqavilə deyil, tamhüquqlu sülh sazişidir. Təbii ki, Paşinyanın BRİKS sammitində Azərbaycan və Rusiyaya münasibətdə davranışı İrəvanın Moskva ilə Qərb arasında, sülh və Bakıya qarşı revanşizm arasında "əsdiyinin” daha bir göstəricisidir. Azərbaycan və Ermənistan liderləri arasında danışıqların Kazanda baş tutması Bakı və Moskvanın İrəvana təsir edə biləcəyinin daha bir göstəricisidir”, - o bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az