Paşinyan qəzəbləndi - Robert Köçəryan barəsində yeni təlimatlar verdi...

Paşinyan qəzəbləndi - Robert Köçəryan barəsində yeni təlimatlar verdi...

Paşinyanın reytinqi 12 %-ə enib, Köçəryanınkı isə 37 %-dək yüksəlib...

Bu yaxınlarda Ermənistan hakimiyyətinin müəyyən dairələri terrorçu eks-prezident Robert Köçəryanla mübarizə mövzusunda  baş nazir Nikol Paşinyandan yeni təlimatlar alıblar.
 
Miq.Az xəbər verir ki, bu haqda qəsbkar ölkənin "Past” qəzeti yazıb.
 
"Hökumətdəki mənbələrimizin verdiyi məlumata görə, həqiqət budur ki, Milli Təhlükəsizlik Xidmətinin növbəti anket sorğusunun nəticələri öz komandasını yerlərdə yüksək reytinqə sahib olduqlarına, xüsusilə  vilayətlərdə hər şeyin qaydasında olduğuna inandırmağa çalışan  Nikol Paşinyanı şoka salıb.
 
Son sorğunun nəticələrinə görə,  Paşinyanın müsbət reytinqi 12%-ə enib, anti-reytinqi isə 48% -ə qalxıb. Ancaq Robert Köçəryanın reytinqinin əhəmiyyətli dərəcədə artaraq təxminən 37% -ə çatması, anti-reytinqinin isə 6% -ə düşməsi baş naziri daha da qəzəbləndirib. Bu vəziyyəti nəzərə alaraq o, Köçəryanı nüfuzdan salmaq üçün bir kampaniya başlatmaqdan ötrü  göstəriş verib” -deyə erməni qəzeti yazır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az