Paşinyan Ruhaniyə Qarabağ mövqeyinə görə təşəkkür etdi
Ermənistan Baş naziri Nikol Paşinyan İran Prezidenti Həsən Ruhani ilə görüşüb.
Axar.az xəbər verir ki, bu məlumat Ermənistan Nazirlər Kabinetinin rəsmi saytında yer alıb. Paşinyan görüş zamanı İran-Ermənistan münasibətlərinin geosiyasi təsirlərindən uzaq qalmalı olduğunu bildirib.
O, Ermənistanın İranın Qarabağla bağlı mövqeyini yüksək dəyərləndirdiyini deyib.
Həsən Ruhani isə öz növbəsində Qarabağ konfliktinin sülh yoluyla, bütün konflikt tərəflərinin mövqeyini nəzərə alaraq həll edilməli olduğunu söyləyib.
Miq.az