Paşinyan Sərkisyanın hücum planını ifşa etdi

Paşinyan Sərkisyanın hücum planını ifşa etdi

Başlayan inqilabı xalq dəstəkləyir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni deputat Nikol Paşinyan deyib.

O, etirazçıların dövlət avtomobillərinə hücumla bağlı polis bəyanatına reaksiya verib. Paşinyan bildirib ki, mitinqin iştirakçıları arasında provokatorlar salınıb və bunu Respublika Partiyasından olan eks-deputat Arakel Movsisyan təşkil edib.

"Provokatorlar polisə güc tətbiq etmək imkanı yaratmaq istəyirlər. Dünənki videoları görən hər kəs anlayır ki, bunlar daha çox hind kinolarına bənzəyir. Zor tətbiq edən hər kəs bizim etirazlarda iştirak edə bilməz”.

Qeyd edək ki, az öncə Ermənistan polisi etirazçılar arasında dövlət maşınlarının təkərlərini deşən şəxslərin olduğunu iddia edib və aksiyaçıların "soyuq silahdan” istifadə etdiyini təsdiqləyən video yayımlayıb. Bu təbliğatla hakimiyyətin dinc aksiyaya hücum üçün bəhanə axtardığı bildirilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az