Paşinyan sülhdən danışdı: niyə “tələsir”?
Nikol Paşinyan Ermənistan hökumətinin gündəmində üç məsələnin olduğunu açıqlayıb: regional kommunikasiyanın açılması, Azərbaycanla sərhədin demarkasiyası və sülh müqaviləsinin imzalanması.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.
"Ukraynada müharibə fonunda Cənubi Qafqazda postmünaqişə dövrünün siyasi arxitekturasının tamamlanması prosesi sürətlənməlidir. Əks təqdirdə ABŞ-Rusiya qarşıdurmasının, daha dərin qatlarda ABŞ-Çin qarşıdurmasının yeni cəbhəsi olma perspektivi güclənir”, - o bildirib.
Miq.Az