Paşinyandan sülhlə bağlı maraqlı paylaşım

Paşinyandan sülhlə bağlı maraqlı paylaşım
Ermənistan Baş naziri Nikol Paşinyan feysbuk hesabında maraqlı paylaşım edib.

O, paylaşımında xristian dininin müqəddəs kitabı İncilin "Matta 5:9” ayəsindən sitat gətirib.

Həmin sitatda isə deyilir: "Sülh yaradanlar nə bəxtiyardırlar! Çünki onlar Allahın övladları adlanacaqlar”.

Qeyd edək ki, bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanla görüşü keçiriləcək. Bu tarixi görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanacağı gözlənilir.
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az