Paşinyanın müavinindən Kamillə bağlı açıqlama: Tələsməyin...

Paşinyanın müavinindən Kamillə bağlı açıqlama: Tələsməyin...
Əminəm ki, fəaliyyətlər olacaq, amma indi daha ətraflı danışmaq istəmirəm. Çünki buna baxmayaraq, bu məsələ ilə bağlı kollegial müzakirə də aparılmalıdır.


Miq.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan Kamil Zeynallının Rusiyada saxlanması və sonradan azad edilməsini şərh edərkən deyib.

Rusiyaya etiraz notası olub-olmayacağı ilə bağlı suala isə o, belə cavab verib:

"Tələsməyək, rəsmi cavab olanda danışarıq”.

Qeyd edək ki, ötən gün K.Zeynallı Moskvadan qayıtmaq istəyərkən Domodedovo aeroportunda saxlanılıb. Səbəb isə Ermənistanın CM-in 4 maddəsi ilə cinayət işi açması və onu beynəlxalq axtarışa verməsidir. Azərbaycan dövlətinin birbaşa müdaxiləsi ilə Zeynallı ötən gün günorta saatlarında azad edilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az