Patriarx Kirill Şeyxülislam həzrətlərinə təbrik məktubu göndərib

Patriarx Kirill Şeyxülislam həzrətlərinə təbrik məktubu göndərib

Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarsı Şurasının həmsədri ,Şeyxülislam Allahşükür Paşazadəyə məktub göndərib.

 Şeyxülislam həzrətlərini ad günü münasibəti ilə təbrik edən Rus Pravoslav Kilsəsinin rəhbəri QMİ sədrinin çoxillik zəngin fəaliyyətini yüksək qiymətləndirib, dinlər və mədəniyyətlər arasında dialoqa verdiyi töhfəyə görə minnətdarlıq edib. Patriarx Kirill Şeyxülislam həzrətlərinin Rus Pravoslav Kilsəsinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dini liderləri arasında keçirilən görüşlərdəki mövqeyini tədqir edib, sülhün və sabitliyin əldə edilməsi üçün göstərdiyi xidmətləri xüsusi qiymətləndirdiyini bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az