Payız yorğunluğundan əziyyət çəkənlər üçün HƏLL YOLLARI

Payız yorğunluğundan əziyyət çəkənlər üçün HƏLL YOLLARI

Yay aylarının bol işıqlı, enerjili, uzun günləri artıq geridə qalıb. Bir il boyunca çox gözlənilən tətili bitirib işə, ya da məktəbə geri qayıtmışıq. Ancaq təbii ki, tətildən sonra əvvəlki şəraitə uyğunlaşmaq çətin olur. Bu da insanda sıxıntı, qayğı yaradır. 

 Havaların soyuması ilə yenə günəşsiz, qapalı yerlərə qapanmaq üzüntü, əhvalsızlıq yaşadır. Həmçinin ilin sonuna nəzərdə tutulan hədəflərə çatmaq üçün gözləntilər də çox olur. İnsan çox vaxt özünü üzüntülü hiss edir. Hətta sevgi münasibətlərində də çox həssas davranmağa başlaya bilər. Belə hala enerji azlığı, yorğunluq da əlavə edilə bilər. İnsan yay tətilində çox yatdığı halda indi daha erkəndən oyanmaqda çətinlik çəkir, yataqdan qalxmaq istəmirZövq aldığı işlərə qarşı marağı itir, həyata qarşı qaraqabaq olur. Cinsi enerjidə azalma görülə bilər.

 

Payız mövsümündə meydana gələn və yorğunluq hissi ilə başlayan bu hallardan qurtulmaq üçün Aile.lent.az-ın tövsiyələrinə əməl edin:

 

- Qısamüddətli layihələr müəyyən etmək

- Yeni şeylər öyrənmək

- Sosiallaşmaq

- Ədəbiyyat, sənət, musiqi ilə ruhu qidalandırmaq

- Yeni yerlər görmək, qısa səyahətlər etmək

- Keçmişlə bağlı olan "kaş ki”ləri unutmaq

- Hava buludlu olsa belə, bayıra çıxıb piyada gəzmək

- Dincəlməyə vaxt ayırmaq

- Yoqa, meditasiya, nəfəs çalışmaları, masaj etmək

- Axşam saatlarında eyni vaxtda yatmaq

- 7-8 saat yatmaq bəs edir.

- Qaçmaq, idman etmək

- Şəkərli qidalardan uzaq durmaq

- Sıxıntılı ikən içməmək

- Psixoaktiv maddələrdən uzaq durmaq

- Qəhvə miqdarına nəzarət etmək

 Özünüz özünüzə yardım edə bilmirsinizsə, psixoloqa müraciət edin.

Lent.az

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az