Pentaqondan şok: Türkiyə "Patriot" istəyib, amma...

Pentaqondan şok: Türkiyə
Türkiyənin Suriya sərhədi yaxınlığında "Patriot" sistemlərinin yerləşdirilməsi ilə bağlı tələbindən xəbərdarıq. Lakin bununla bağlı hələ ki, qərar verilməyib.

Miq.Az xəbər verir ki, bu barədə Pentaqonun adı açıqlanmayan nümayəndəsi deyib.

O, İdlibdəki vəziyyətlə bağlı Türkiyə hökuməti ilə əməkdaşlığı davam etdirəcəklərini bildirib.

Qeyd edək ki, bundan öncə Türkiyə hökuməti ABŞ-dan "Patriot” istəmələri ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirmişdi.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az