Peşəkar mini futbolçular “Heydər Əliyev Kuboku” uğrunda yarışacaq

Peşəkar mini futbolçular “Heydər Əliyev Kuboku” uğrunda yarışacaq

Yarışa Böyük Britaniya komandası da qoşulur

Mayın 4 və 5-də Bakıda qeyri-adi mini futbol yarışı keçiriləcək. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yoldaşlıq görüşündə  Azərbaycanın “Araz”, “Neftçi” və “Ekol” komandaları Böyük Britaniyanın “Baku United” komandasına nəyə qadir olduqlarını göstərəcəklər. Beləliklə, Azərbaycanın şərəfini qoruyan 3 komanda və paytaxtımızın adını daşıyan İngiltərə komandası “Heydər Əliyev Kuboku” uğrunda mübarizə aparacaqlar. Xatırladaq ki, “Baku United” komandası Böyük Britaniyada ölkə çempionluğu uğrunda mübarizə aparır və şərhçilərin fikrincə, çempionluğa ən şanslı komandadır. İngiltərədə mini futbol turniri üzrə qrup mərhələsini uğurla başa vuran və ölkə çempionatında qələbələrini davam etdirən “Baku United” Avropanın peşəkar komandalarında oynamış güclü futbolçulardan təşkil olunub. Azərbaycanın “Araz”, “Neftçi” və “Ekol” komandaları da regionun ən güclü mini futbol komandaları hesab olunur. Bu komandalar müxtəlif dünya çempionatlarında Azərbaycanın şərəfini qoruyub. “Araz” komandası isə Avropa çempionatında ilk dördlüyə düşməyə nail olub. 

Beləliklə, mayın 4 və 5-i bu komandalar arasında keçiriləcək oyunlar maraqlı anlar vəd edir. Avropanın və dünyanın digər qitələrinin güclü oyunçularının toplaşdığı komandalar bu dəfə Bakıda nəyə qadir olduqlarını göstərəcəklər. 

Qeyd edək ki, yarışı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası və Odlar Yurdu təşkilatının birgə təşkilatçılığı ilə təşkil olunacaq. Bütün komandalara isə Azərbaycanla bağlı xatirə hədiyyələri təqdim ediləcək. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az