Petrosyan Qarabağla bağlı mənə bunları dedi – Paşinyan

Petrosyan Qarabağla bağlı mənə bunları dedi – Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş prezident Levon Ter-Petrosyanla görüşünü və "Qarabağın statusuna əvəz olaraq ərazilərin qaytarılması” düsturu haqqında danışıb.

Publika.az xəbər verir ki, Paşinyan Azərbaycanın güzəştə getməli olduğunu iddia edib.

"Biz nə üçün Ermənistanın güzəştə getməli olduğunu müzakirə edirik? Niyə yalnız biz özümüzdən danışırıq. Biz Azərbaycanın güzəştə hazır olduğu mesajını alan kimi, güzəştin mahiyyətini müzakirə edəcəyik və xalqı buna hazırlayacağıq”, - deyə o bildirib.

Paşinyan Ter-Petrosyanla görüşdə ümumi müzakirələr apardıqlarını deyib: "O, mənə Qarabağ münaqişəsi ilə bağlı faydalı hesab etdiyi bəzi məlumatları verdi. Lakin o, münaqişə ilə bağlı mövqeyini bildirmədi”.

Qeyd edək ki, Ter-Petrosyan Ermənistanın dövlət kimi gələcəkdə var olmasının Dağlıq Qarabağ münaqişəsinin həllindən asılı olduğu fikrini dəfələrlə dilə gətirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az