İmişli rayonunda iribuynuzlu heyvanlar arasında yoluxucu xəstəliklərin qarşısını almaq məqsədi ilə vaksinasiya və profilaktik tədbirlər həyata keçirilir.
İmişli Rayon Baytarlıq İdarəsinin rəisi Orucəli Qasımovun məlumatına görə, bu günə kimi İmişli rayonu ərazisində 50 yaşayış məntəqəsini əhatə edən təsərrüfatlarda olan 93 min baş iribuynuzlu heyvandan 80 mindən çoxu “nodulyar dermatit”ə qarşı peyvəndlənib. Bununla yanaşı, digər yoluxucu xəstəliklərə qarşı da profilaktik və müalicə tədbirləri görülür.
Eyni zamanda 8252 baş heyvandan brusellyoza qarşı qan nümunəsi götürülüb. 85 min baş iribuynuzluda qarayara xəstəliyinə qarşı profilaktik tədbirlər həyata keçirilib. Həmçinin quşlarda taun əleyhinə, itlərdə isə quduzluğa qarşı peyvəndləmə tədbirləri aparılıb.
Hazırda peyvəndləmə tədbirləri davam etdirilir.
APA
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?