PKK-nın gizli danışıqları yayıldı
PKK liderlərindən biri Murat Karayılan artıq terror təşkilatına söz keçirə bilmir.
Vətəninfo.az Modern.az-a istinadla xəbər verir ki, bunu son rabitə danışıqları da sübut edir.
"Sabah” qəzetinin əldə etdiyi rabitə danışıqlarında təşkilatın Qəndildəki hərbi qanadı HPG-yə aid "Roj” kod adı ilə Türkiyədəki PKK terrorçularının dialoqları yer alır:
Roj: Şimali və Cənubi Kürdüstandakı hevallar (kürdcə dost, yoldaş), Camalın (Murat Karayılan) sözlərini çatdıracam. Türk ordusunun əməliyyatlarına görə, bir çox yoldaşla əlaqə kəsilib. Camal hərəkətə keçməyinizi istəyir.
Heval: Əməliyyatlardan başımızı qaldıra bilmirik. Olduğumuz yerdən çıxmağa belə imkan yoxdur.
Roj: Heval, kodunu de və bu söhbəti dayandır.
Heval: Həqiqəti eşitmək xoşunuza gəlmədi?
Roj: Heval, sonuncu xəbərdarlığı edirəm, bu söhbəti kəs və kodunu de.
Heval: Camal liderinizə de, qorxmursa, özü gəlib hücuma keçsin. Öz canını xilas etmək üçün bizi ölümə göndərir.
Roj: Heval, kodunu de və bu söhbəti kəs.
Heval: Ez (Mən) Sorej, Ez Dəclə, Ez Berfin, Ez Rohan, Ez Nalin, Ez Bejan, Ez Malzgirt…
(3-5 dəqiqə davam edən alqış və fit səsləri)
Roj: İcazəsiz danışmayın!
Heval: Camal və Qəndildə olanlar, siz qorxaq toyuqsuz. Siz qorxudan qaçıb, bizi ölümə göndərirsiz. (Axar.az)