PKK-nın xəstəxanaları tapıldı

PKK-nın xəstəxanaları tapıldı
Hərbi əməliyyatlar zamanı yaralanan PKK döyüşçülərinin Türkiyənin Mardin, Şanlıurfa və Diyarbəkir əyalətlərində yerləşən bəzi xəstəxanalarda müalicə olunduğu üzə çıxıb.
Bu və ya digər şəraitdə yaralanan döyüşçülər sözügedən şəhərlərdə PKK-ya məxsus xəstəxanalarda müalicə olunur. Qeyd edək ki, yaralılar burada gizli şəkildə yerləşdirilir. Həkimlərin də PKK üzvü olduğu istisna edilmir.
O cümlədən, terrorçular tərəfindən qarət edilən ambulans maşınlarındakı ləvazimatların sözügedən xəstəxanalara çatdırıldığı bildirilir.
Xatırladaq ki, iyul ayından bəri Türkiyə Silahlı Qüvvələrinin hərbi əməliyyatları nəticəsində 500-yə yaxın yaxın PKK terrorçusu zərərsizləşdirilib.
Axar.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az