Əvəzolunmaz yaşam mənbəyi suyu ev şəraitində bəzən özümüz süzərək və ya qaynadaraq kənar maddələrin xaric olunmasını təmin edir, sonra içirik.
Vətəninfo.az saglamolun.az-a
istinadən xəbər verir ki, evdən kənarda isə plastik qablarda satılan
su, demək olar ki, həyatımızın ayrilmaz hissəsinə çevrilib. Bəs bu
qabların və bu cür qablarda satılan suyun nə dərəcədə sağlam olduğunu
necə bilə bilərik? Bir çox adam butulkanın dibinə nəzər yetirməyin
yetərli olduğunu düşünür, ancaq bu, sağlamlığın mühafizəsi üçün kifayət
deyil.
Plastik butulkaların etiketlərinin üzərində hər zaman onların məhz hansı
plastikdən hazırlandıqlarına dair qeydlər olur. Bu məlumat olduqca
önəmlidir. Çünki istənilən plastik materialdan butulkanın tərkibinə
müxtəlif dərəcədə təhlükəli kimyəvi maddələr qarışır. Məsələn,
aşağıdakılara nəzər yetirin.
İstənilən butulka bu tərkiblərdən birinə malikdir:
1. PET və ya PETE
Bu, birdəfəlik istifadə üçün nəzərdə tutulan butulkalardır. Bu tərkibdə
butulkalardan içərisindəki mayeyə ağır materiallar və maddələr qarışa
bilər ki, bu da insanın hormonal balansına təsir göstərir.
PET - dünyada ən çox istifadə olunan plastmas növüdür. Yadda saxlamaq
lazımdır ki, bu, ancaq birdəfəlik istifadə üçün nəzərdə tutulub. Əgər
belə butulkaya öz suyunuzu töksəniz, onda orqanizminizə bəzi qələvi
maddələr və olduqca çox miqdarda bakteriyaların daxil olmasına hazır
olun.
2. HDP və ya HDPE
Bu çox yaxşı plastikdir və demək olar ki, heç bir zərərli maddə yaymır.
Mütəxəssislər əgər mümkündürsə, suyu məhz belə butulkalarda almağı
məsləhət görürlər. Bu, həm təhlükəsizdir, həm ekologiya üçün faydalıdır,
belə ki, demək olar, bütün plastik emal olunur.
Bu, adətən süd, oyuncaqlar, yuyucu maddələrin saxlanması və bəzi plastik
paketlərin istehsalı üçün istifadə olunan sərt plastik növüdür.
3. PVC və ya V
Bu materialdan olan əşyalardan ən az iki təhlükəli kimyəvi maddə ayrılır
və hər iki maddə orqanizmin hormonal balansına mənfi təsir göstərir.
Bu, adətən bitki yağlarının və uşaq oyuncaqlarının saxlanması üçün
istifadə olunan yumşaq, elastik plastikdir. Ondan həmçinin saysız
istehlak malları üçün blister qablaşdırmalar hazırlanır. Eyni zamanda
kompyuter kabellərinin üzlənməsi üçün istifadə olunur. Bu materialdan
plastik borular və santexnika detalları hazırlanır. PVC, demək olar ki
günəş şüalarının birbaşa təsirinə və hava şərtlərinə qarşı dözümlüdür,
buna görə də bu materialdan adətən pəncərə çərçivələri və bağ üçün
şlanqlar hazırlanır. Ancaq buna baxmayaraq ekspertlər bu materialdan
olan məhsulları almamağı, mümkün olduqca alternativ materiallardan
istifadə etməyi məsləhət görürlər.
4. LDPE
Bu plastik həm butulkaların, həm də plastik paketlərin hazırlanmasında
istifadə olunur. Bu materialdan tərkibindəki kimyəvi maddələr ayrılmır.
Ancaq o, yalnız su konteynerləri üçün təhlükəsizdir. Ərzaq mağazasında
ondan hazırlanan paketləri almaq məsləhət görülmür. Belə ki, bu
paketlərdə alınan məhsullarla yanaşı, həm də bu materialdan ayrılan,
ürək üçün olduqca təhlükəli kimyəvi maddələri yemiş olarsınız.
5. PP
Bu plastik ağ və ya yarımşəffaf rəngdə olur. Siropların və yoqurtların qablaşdırılması üçün istifadə olunur.
Polipropilen termik stabilliyinə görə qiymətləndirilir. İsidilən zaman ərimir. Demək olar ki, təhlükəsizdir.
6. PS
Adətən qəhvə stəkanları və fast-food məhsullarının konteynerlərinin
hazırlanması üçün istifadə olunur. Ancaq isidildikdə ondan təhlükəli
kimyəvi birləşmələr ayrılır.
Polistirol - bahalı olmayan, yüngül və kifayət qədər dözümlü plastik
növüdür. Ancaq qaynar yeməklər və içkilərin saxlanılması üçün münasib
deyil .
7. PC və ya xüsusi işarələri olmayan plastiklər
Bu, plastikin ən təhlükəli növüdür. Su butulkalarının və qida konteynerlərinin istehsalı üçün istifadə olunur.
Polikarbonatdan olan qab və ya konteynerlərdə qida və suyun saxlanılması
qətiyyən olmaz. Bu materialdan Bisfenol A - orqanizmin endokrin
sistemini məhv edən maddə ayrılır və həmçinin estrogen adlanan hormonun
ifrazına mane olur.
Daha bir tövsiyə: plastik qabda nəsə almaq istəsəniz, iki dəfə düşünün. Yenə də şüşə qablar daha təhlükəsizdir...