Polis 15 yaşlı qızı zorladı, şəkillərini çəkib paylaşdı

Polis 15 yaşlı qızı zorladı, şəkillərini çəkib paylaşdı

Polis 15 yaşlı qızı öz mənzilində kimyəvi maddə ilə dərin medikamentoz yuxu vəziyyətinə gətirib. Daha sonra onu zorlayıb və şəkillərini çəkərək sosial şəbəkələrdə paylaşıb.

Lenta.ru-nun məlumatına görə, dəhşətli hadisə Rusiyanın Xantı-Mansi Muxtar Dairəsində baş verib.

Artıq 27 yaşlı polis barədə istintaq işi bitib. Onun narkotik istifadə etdiyi və yeniyetməni zorlayarkən qadağan olunmuş preparatın təsiri altında olduğu ortaya çıxıb. 

İstintaq zamanı müəyyən olunub ki, şübhəli şəxs görüşdüyü daha üç nəfərlə cinsi münasibəti gizlicə kamera ilə çəkib və intim görüntüləri sosial şəbəkələrdə paylaşıb.

Cinayət işi məhkəməyə göndərilib.

Miq.Az

 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az