Polis rəisinin oğlunun başqa oğlanla qaçan nişanlısı şok video yaydı: "Özümü öldürəcəm, səbəbkar isə..." - Polis rəisinə və sahibkar valideyinə sərt ittiham
Polis rəisinin oğlunun başqa oğlanla qaçan nişanlısı şok video yaydı: "Özümü öldürəcəm, səbəbkar isə..." - Polis rəisinə və sahibkar valideyinə sərt ittiham
Laçın rayon Polis Şöbəsinin rəisi Məhəmməd Kərimovun, sevgilisi ilə qoşulub qaçan keçmiş gəlini videomüraciət yayıb
Politika.Az xəbər verir ki, Günay Məmmədova adlı gənc qız öz istəyi ilə sevgilisi Elnur Əhmədovun yanında olduğunu, xoşbəxt olmaq istədiyini dilə gətirib.
Məlumata görə, 5 ildir, bir-birini sevən cütlük ailəsi Günayı məcburən başqası ilə evləndirmək istədiyi üçün qaçmaq qərarına gəlib. Elnur Əhmədovun valideynləri isə qız evinin təzyiqi ilə üzləşiblər. Onlar qızlarının zorla qaçırıldığını iddia edir, bu səbəbdən polisə müraciət ünvanlayıblar.
Gənclər isə öz istəkləri ilə bir yerdə olduqlarını sübur etmək məqsədilə video çəkərək internetə yerləşdiriblər.
Məlumat üçün bildirək ki, Günay Məmmədovanın atası Şahin Məmmədov Ağcabədidəki restoranlardan birinin sahibidir.