"Polisin adamı var, deputatın yoxdur" - Millət vəkili


"Bu hadisə ilə Milli Məclis xalqın gözündə kiçildi".

Miq.Az xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Tahir Kərimli həmkarı Eldəniz Səlimovun toxunulmazlığının ləğv olunması ilə bağlı Baş prokurorun təqdimatına münasibət bildirərkən deyib.
 
T.Kərimli əlavə edib ki, deputatın səlahiyyətlərinə müdaxilə etməyə polisin ixtiyarı yoxdur:
"Bu polis əslində rəislərinə müraciət etməli idi. İndi biz nə etməliyik? Polisə hərbi salam verməliyik? Bu o deməkdir ki, polisin adamı var, deputatın yoxdur. Bəli, Eldəniz Səlimov cəzalandırılmalıdır. Amma biz özümüzü bu qədər aşağılayırıq".
 
O əlavə edib ki, bundan sonra polisi görəndə 10 metrdən "çest" verək: "Bu o deməkdir ki, polisin sahibi var, deputatın yox".

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az