Politoloq: Qarabağda müharibə qaçılmazdır-Lokal döyüşlər da başlaya bilər
"Rusiyanın Azərbaycana qarşı siyasi təzyiqləri fonunda Ermənistanın da Azərbaycana qarşı cəbhədə təxribatları artıb. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın dominantlığı vəziyyəti daha da mürəkkəbləşdirib və müharibə riskini artırıb. Qeyd edim ki, Ermənistanın qoşunların təmas xəttinə ağır silahlar yerləşdirməsi, toqquşmaları qaçılmaz edəcək. Işğalçı ölkənin "Osa" zenit-aket kompleksinin təmas xəttinə çıxarması, Azərbaycanın hava məkanını nəzarətə cəhd etməsidir. Bu silahın ordumuz tərəfindən vurulması nəticəsində Rusiya tərəfindən verilən açıqlamada Azərbaycan tərəfini atəşkəsə əməl etməməkdə günahlandırmaq, rəsmi Kremlin birmənalı olaraq, atəşlə oynadığını göstərir."
Bu sözləri Miq.Az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirdi.
"Qeyd edək ki, Minsk qrupunun həmsədrlərinin gözlənilən səfəri ərəfəsində rəsmi Yerevanın cəbhədə vəziyyəti gərginləşdirməyi gözlənilir. Çünki, Azərbaycan substantiv danışıqlarda maraqlı olduğu üçün Ermənistan bu danışıqlardan yayınır. Növbəti aylarda geniş müharibə gözlənilməsə də, lokal döyüşlərnən müəyyən ərazilərin işğaldan azad edilməsi unikal şans yaranır. Əgər, Azərbaycan ordusu yenidən əraziləri geri qaytarmaq üçün Aprel döyüşləri kimi əməliyyat aparsa, Rusiyanın müdaxiləsi baş verə bilməyəcək. Və müdaxilə üçün heç bir əsas yoxdur. Yenidən tərəfləri atəşkəsə məcbur edib, real danışıqları intensivləşdirə bilər. Artıq, Rusiyanın və Minsk qrupunun digər həmsədrlərinin apardığı danışıqlar prosesi imitasiyaya hesablanıb, yeni format əldə olunması üçün Azərbaycan işğalçıya təzyiqlər etməlidir."-deyə politoloq bildirdi.
Miq.Az