Vətəninfo.az-ın elektron ünvanına adını açıqlamayan, amma Vergilər nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində müstəntiq olduğunu iddia edən şəxs tərəfindən göndərilən məlumata görə, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində şok hadisələr baş verir.
Mənbənin iddiasına görə bu günlərdə qocaman istintaqçı, iyirmi ildən artıq istintaq orqanlarında rəhbər vəzifələrdə çalışmış VCAİD-nın istintaq idarəsinin rəisi, polkovnik Şahin Rüstəmov çox hörmətsiz şəkildə Departamentin rəisi Vidadi Məmmədov tərəfindən növbəti məzuniyyət vaxtı pensiyaya göndərib. Məlumatda o da vurğulanır ki, Vidadi Məmmədov Şahin Rüstəmovu bir iclas keçirərək departamentin təmalini qoyan səxslərdən biri olduğunu qeyd edib, bir hədiyyə verib gözəl tərzdə yola salıb.
Məlumatda daha sonra vurğulanır ki, Şahin Rüstəmov 40 ildir ki, hüquq mühafizə orqanlarında işləyir.Əslən qərbi Azərbaycandan olan, peşəkar, savadlı bir şəxsin yerinə Vidadi Məmmədov tərəfindən isə 1986-cı ildə anadan olmuş, iddiaya görə heç bir ildə olsa belə müstəntiq işləməyən, mayor rütbəsini nəyə görə vaxtından əvvəl aldığı müəmmalı qalan Elnur Şirinov hazırlanır.
Mənbə göndərdiyi məlumatda daha sonra vurğulayır ki, Elnur Şirinovun karyerasına nəzər salındıqda, olduqca orta səviyyəli hüquqşunas, əvvəllər Vergilər Nazirliyində Vidadi Məmmədovla birlikdə işləmiş, sonradan partizan kimi vəziyyətin daxildən öyrənilməsi üçün VCİAD-a Vidadi Məmmədov tərəfindən göndərilərək müstəntiq işləyib, bir neçə aydan sonra Vidadi Məmmədov onu bölmə rəisi, bir neçə aydan sonra isə söbə rəisi, bir az da sonra isə idarə rəisinin müavini vəzifəsinə təyin etdirib. Onun yerinə isə yenədə Vidadi Məmmədovun ikinci təhsil aldığı zaman qrup yoldaşı Tariyel Quliyev təyin olunub.
“ Yəni Elnur Şirinov toparlayıb öz yanına yığdığı müstəntiqləri yenə də rəisin favoriti olan Tariyel Tağiyevə təhvil verib”-Mənbə daha sonra iddia edir ki, həm Tariyel Quliyev həm də Vidadi Məmmədov hüquqşunas diplomlarını bir neçə il bundan əvvəl qeyriqanuni yolla əldə ediblər.
“Departamentin istintaq idarəsində “bizimlə işləyən” müstəntiqlər və bizim olmayanlar vardır. Elnur Şirinov dəstəsində məsələn Nəriman Məcidov, Zamiq Bağırov, Taleh Mənsimov və sailəri var. Lakin onlar heç də yalnız büdcəyə işləmirlər, işin gözəlliyi budur ki, bu gün guya dövlət büdcəsini doldurmaq məqsədi ilə, Tahir Əliyev demişkən “rüsumda yığırıq, pul da yığırıq”. indi bunun hansının pul kimi, hansını isə rüsum kimi yığırlar bunu heç kəs bilmir. Hal hazırda hamı Hörmətli Vidadi Məmmədovu gözləyir. Rəsmi olaraq Çurvan Mehrəliyev rəisi əvəz etsə də müstəntiqlərə onun otağına getməyə qadağa qoyulub.Ümumiyyətlə istintaq idarəsinin rəisinin üç müavini var, onlardan Əbiyev Ruslan Səfər oğlu və Mehrəliyev Çurvan. Əlbəttə ki, bütün iş yükünü öz nəhəng çiyinlərində Elnur Şirinov vətən uğrunda, vətənə böyük sevgi ilə daşıyır. Elnur Şirinovun polkovniklərə, polkovnik-leytenantlara rəisi təyin etmək məqsədi isə Vidadi Məmmədovun ayrıca olaraq Vergilər Nazirliyi uzərində böyük bir qələbəsidir. Elnur Şirinovun isə artıq müstəntiqləri otağında qışqırdır, yəni üstlərinə bağırır. Əvvəllər mətbuatda gedən VCİAD-in səhv həbslərinə də bir mahiyyət verilmədi, bu cavan kadrın təyinatından sonra ola bilsin ki, cinayətkar oğulun əvəzinə anası tutula bilər və sonradan onların yeri dəyişdirilə bilər”.
Adını açıqlamaqdan çəkindiyini və VCİAD-in də müstəntiq işlədiyini iddia edən mənbə göndərdiyi məlumatda daha sonra vurğulayır ki, Elnur Şirinova rəis deyarak müraciət edənlər də var. “Odur ki, biz hələlik mayor, tezliklə polkovnik Elnur Şirinovu VCİAD-ın istintaq idarəsinin rəisi vəzifəsi ilə qabaqcadan təbrik edirik”.
Redaksiyadan: Qeyd edək ki. bu məlumat özünü Vergilər Nazirliyinin VCİAD-də müstəntiq işlədiyini,adını açıqlamaqdan qorxduğunu iddia edən şəxs tərəfindən Vətəninfo.az-ın elektron ünvanına göndərilib. Bu səbəbdən də VCİAD-i ilə bağlı məlumatın nə qədər doğru, nə qədər iddiadan ibarət olduğunu deyə bilmərik. Buna görə də iddia dolu məlumatla bağlı VCİAD-nin rəhbərliyinin mövqeini dərc etməyə hazırıq.
Vətəninfo.az