Polşada anti-Ukrayna təbliğatı genişlənməyə başlayıb
Polşada rusiyayönlü qüvvələr geniş təbliğata başlayıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Azadlıq” radiosu yayıb. Bu ölkədəki Rusiya təbliğatçıları öz fəaliyyətlərini xüsusilə Ukrayna əleyhinə qurublar:
"Anti-Ukrayna təbliğatı ölkədə 2013-cü ildən başlayıb. Ukraynların Polşanın əsas düşməni olmasını xatırlamaları üçün polyaklara dəfələrlə hazırkı Rusiya hakimiyyətinin tezisləri təbliğ olunub. Polşada Rusiya təbliğatı ilə bağlı xüsusi rolu "Sputnik” radiosu oynayır. Polşa-Ukrayna münasibətlərinin pozulması üçün xüsusilə hər iki ölkənin keçmişdəki fəaliyyəti və ortaq problemləri yenidən aktiv müzakirə edilir”.
Miq.az