Prezident: Avropa İttifaqına təşəkkür edirəm-Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə

Prezident: Avropa İttifaqına təşəkkür edirəm-Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə

"Uzun illərdir ki, Azərbaycan torpaqları işğal altındadır”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
 
Prezident bildirib ki, Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib: "Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozub, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri hələ də yerinə yetirmir. Bu qətnamələr Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüf ki, işğal 25 ildən çoxdur davam edir. Mən Avropa İttifaqına Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edirəm”. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az