Prezident bəzi icra başçılarının yerini dəyişdi
Bu gün prezident İlham Əliyev bəzi rayonların icra hakimiyyətlərinin başçılarının dəyişdirilməsi barədə sərəncamlar imzalayıb.
Prezidentin sərəncamına əsasən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tutduğu vəzifədən azad edilib. O, digər sərəncamla Şirvan rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilən Şirvan rayon icra hakimiyyətinin başçısı Mərdan Camalov isə Zərdab rayonuna başçı təyin edilib. Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev isə vəzifəsindən azad edilib.
Miq.Az