Prezident bir sıra məhkəmə sədrini və hakimi vəzifədən azad edib - SİYAHI
Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin vəzifələrinin dəyişdirilməsi ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.
Miq.Az-ın məlumatına görə, sərəncamla aşağıdakı hakimlər və məhkəmə sədrləri vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar tutduqları vəzifələrdən azad ediliblər:
Abıyev Nəriman İbrahim oğlu - Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən
Axundov Emin Tahir oğlu - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsindən
Axundova Zeynəb Əli qızı - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən
Burcayev İmran Ramazan oğlu - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən
Əliyev Emin Zöhrab oğlu - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən
Əliyeva Aytən Heydər qızı - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi vəzifəsindən
Həsənova Şəlalə Akif qızı - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi vəzifəsindən
Hüseynov Araz Firidun oğlu - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən
Hüseynov Elnur Heydər oğlu - Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin hakimi vəzifəsindən
Hüseynov Pərviz Aktiv oğlu - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi vəzifəsindən
Qarayeva Mehriban Cəfər qızı - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən
Qasımov Fərrux Hüseynağa oğlu - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən
Məmmədov Ceyhun Bəşir oğlu - Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən
Məmmədov Rəşad Seylan oğlu - Tovuz Rayon Məhkəməsinin hakimi vəzifəsindən
Novruzov Səxavət Hüseyn oğlu - Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən
Osmanov Usaməddin Hidayət oğlu - Mingəçevir Şəhər Məhkəməsinin hakimi və sədri vəzifəsindən
Sadiqov Zülfüqar Əhməd oğlu - Abşeron Rayon Məhkəməsinin hakimi vəzifəsindən
Salmanov Elşən Fizuli oğlu - Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi vəzifəsindən
Tağıyev Xəqani Qəhrəman oğlu - Quba Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən
Miq.Az