Prezident bu qanunu TƏSDİQLƏDİ

Prezident bu qanunu TƏSDİQLƏDİ

"Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Miq.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qanunu təsdiqləyib. 

Dəyişikdən əvvəl yerli özünüidarəetmə orqanları "Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ailə kəndli təsərrüfatlarını uçota aldığı gündən bir ay ərzində bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verirdilər.

Yeni qanunla yerli özünüidarəetmə orqanlarının uçotdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməsi hissəsi ləğv edilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az