Prezident bu qurumun səlahiyyətlərini artırdı - Fərman
Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Miq.az-ın məlumatına görə, fərmanda qeyd olunur ki, "Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”yə 9.4-1-ci bənd əlavə edilsin.
Həmin bənd komitəyə yaşıllıqların bərpası üçün ərazilərin ayrılmasına rəy vermək səlahiyyətini verir.
Miq.az