Prezident İlham Əliyev Ekvador Respublikasının Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Ekvador Respublikasının Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Ekvador Respublikasının Prezidenti Zati-aliləri cənab Rafael Korrea Delqadoya başsağlığı verib.
 
Miq.az  xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

"Hörmətli cənab Prezident,
 
Ölkənizdə baş vermiş şiddətli zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.
 
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ekvador xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram", - başsağlığında qeyd edilir.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az