Prezident İlham Əliyev Ərdoğanı təbrik edib

Prezident İlham Əliyev Ərdoğanı təbrik edib

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Miq.Az Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, İlham Əliyev Türkiyə Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referendumun uğurla keçirilməsi və əhalinin çoxluğunun bu dəyişikliklərə səs verməsi münasibətilə Türkiyə Prezidentini və xalqını təbrik edib, referendumun nəticələrini xalqın Prezident Rəcəb Tayyib Ərdoğanın siyasətinə verdiyi böyük dəstək kimi qiymətləndirib.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az