Prezident Rəşad Nəbiyevə yeni VƏZİFƏ VERDİ

Prezident Rəşad Nəbiyevə yeni VƏZİFƏ VERDİ

Azərbaycan Respublikasının "Ağıllı şəhər” (Smart City) və "Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrup yaradılıb.

Miq.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Ağıllı şəhər” (Smart City) və "Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında sərəncamda öz əksini tapıb.

Konsepsiyanın hazırlanması ilə əlaqədar İşçi qrup aşağıdakı tərkibdədir:

İşçi qrupun rəhbəri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

İşçi qrupun üzvləri

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

"Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini

"Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az