Prezident Vəliəhdlə görüşdü

Prezident Vəliəhdlə görüşdü
Görüşdə sərmayə qoyuluşu müzakirə edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə görüşüb.

Görüşdə ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğu və dinamik şəkildə inkişaf etdiyi bildirildi. Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin və ölkələrimiz arasında hava uçuşlarının sayının artması məmnunluqla qeyd edilib, ticarət əlaqələrinin genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.

Söhbət zamanı sərmayə qoyuluşu, enerji sahəsi, Azərbaycanda yaradılan azad ticarət zonasında Birləşmiş Ərəb Əmirliklərinin iştirakı, neft-kimya, nəqliyyat, turizm, kənd təsərrüfatı, səhiyyə sahələrində əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğu bildirdi və bu məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az