Prezidentdən dövlət başçılarına: Bununla fəxr edirəm!

Prezidentdən dövlət başçılarına: Bununla fəxr edirəm!

Azərbaycan insan hüquqları və azadlıqları kimi dəyələrə sadiqdir.

Miq.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Konqres Mərkəzində keçirilən Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII zirvə görüşündə deyib.

"Bunun dərin tarixi kökləri vardır. Biz fəxr edirik ki, 1 əsr əvvəl müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda demokratik respublika qurulub və qadınlara səsvermə hüququ verilib. Bu sahədə biz hətta əksər Qərb ölkələrini də qabaqlamışıq. Demokratik inkişaf Azərbaycanın şüurlu seçimidir. Azərbaycanda bütün azadlıqlar, qanunun aliliyi təmin olunur”.

Prezident qeyd edib ki, son 15 ildə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib:

"Azərbaycana 270 milyard dollardan artıq sərməyə qoyulub, bunun da yarısı xarici sərmayədir. Ölkəmizin xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada 9-cu yerdəyik”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az