Prezidentdən icra hakimiyyəti ilə bağlı - Sərəncam

Prezidentdən icra hakimiyyəti ilə bağlı - Sərəncam
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ndə dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Miq.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 80, № 3, maddə 235; 2007, № 9, maddə 870; 2008, № 11, maddə 970; 2009, № 5, maddə 323; 2011, № 2, maddə 85; 2012, № 3, maddə 198; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 may tarixli 902 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin 4-cü bəndinə "möhürə,” sözündən sonra "kargüzarlıq xidmətinin gerbsiz möhürünə,” sözləri əlavə edilsin. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az