Prezidentin köməkçisi: "Hər hansı bir sərtləşdirmə tədbirləri həyata keçirilməyəcək"

Prezidentin köməkçisi:

"Bayram günlərində ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Bundan başqa, hər hansı bir sərtləşdirmə tədbirləri həyata keçirilməyəcək”.

Miq.Az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ölkədə yoluxmaların sayı artıb, müəyyən narahatlıqlar var: "Hazırda 10 min çarpayı yükü olan xəstəxanaların imkanlarına qarşı 1500-1600 xəstəmiz var. Bu da bizə imkan verir ki, sərtləşdirməyə getməyək".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az