Prezidentlərin görüş vaxtı dəqiqləşdi

Prezidentlərin görüş vaxtı dəqiqləşdi

Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov oktyabrın 12-də Türkmənistanın Avaza şəhərində görüşəcək.

Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Türkiyə Prezidenti Administrasiyasından bildirilib ki, üçtərəfli görüşdə bölgədə iş birliyi, qarşılıqlı əməkdaşlıq, təhlükəsizlik, sabitlik və bölgənin rifahına dair məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Üçtərəfli zirvə toplantısının keçirilməsi haqda qərar bu ilin avqustun 28-də Antalyada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşündə qəbul edilib.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az