Rusiyanın kosmik agentliyi “Proqress M-27M” kosmik yük gəmisinin orbitdən çıxaraq Sakit okean üzərində atmosferin sıx qatlarında yandığını bildirib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, agentlik, həmçinin kosmik gəminin orbitə çıxarılması zamanı baş verən qəza ilə əlaqədar təhqiqatın nəticələrinin dövlət komissiyasının işi sona yetdikdən sonra mayın 13-dək təqdim olunacağını da qeyd edib.
Xatırladaq ki, “Soyuz” daşıyıcı-raketin köməyi ilə Baykonur kosmodromundan havaya qalxan “Proqress” kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya bir sıra avadanlıq, ərzaq və zəruri yüklər çatdırmalı idi. Lakin kosmik gəmi havaya qalxan andan onunla əlaqə kəsilib.
Vesti.ru saytının məlumatına əsasən, qəza ilə əlaqədar Beynəlxalq Kosmik Stansiyaya uçuş proqramı korrektə olunacaq. Orbitdəki ekspedisiyanın qayıdışı mayın 14-dən iyun ayına keçirilib. Stansiyaya yeni ekspedisiya iyulun 20-dən sonra göndəriləcək. Bundan qabaq isə iyunun sonu – iyulun əvvəlində Beynəlxalq Kosmik Stansiyaya növbəti “Proqress” yük gəmisi göndərilməlidir.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?