Putin: "ABŞ dünyada yeganə super gücdür"

Putin:
Rusiya prezidenti Vladimir Putin ABŞ-ı dünyada yeganə super güc hesab etdiyini bildirib.

Bu sözləri o Sank-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı deyib. "Amerika böyük dövlətdir. Bu gün yəqin ki, yeganə super gücdür. Biz bunu qəbul edirik”, - deyə o, söyləyib.

V. Putin qeyd edib ki, Moskva ABŞ-la işləməyə hazırdır: "Dünyaya ABŞ kimi güclü dövlət lazımdır. Bizə də lazımdır. Lakin bizə lazım deyil ki, onlar daim bizim işimizə qarışsınlar, necə yaşamaqla bağlı bizə göstəriş versinlər, Avropanın bizimlə münasibət qurmasına mane olsunlar”.  /APA.az/

Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az