Putin Ərdoğana qarşı bu addımı ata bilər - Türkiyəyə ZƏRBƏ
Rusiya Ərdoğanın ABŞ-ın Suriyaya hücumunu dəstəklədiyinə görə Türkiyəyə olan aviareysləri ləğv edə bilər.
Enter.News xəbər verir ki, bu barədə müasir Türkiyənin öyrənilməsi mərkəzinin eksperti Tatyana Şuvalova bildirib.
Ekspertin sözlərinə görə, Ərdoğan hazırda çox mürəkkəb siyasi proseslə üz-üzədir.
"Dövlət başçısı bir tərəfdən türklər arasında referendum ərəfəsində siyasi xal qazanmağa, digər tərəfdən isə ABŞ-ın yeni prezidenti Donald Trampla münasibət qurmağa çalışır. Türkiyə lideri ABŞ-ın Suriyadakı davranışını dəstəkləməyib, Trampla soyuq münasibətlər yarada bilməzdi",-deyə T. Şuvalova qeyd edib.
Qeyd edək ki, Rusiyanın Türkiyəyə aviareysləri ləğv etməsi, rus turistlərin gəlişinə maneələr yarada bilər. Bu isə Türkiyə turizmi üçün zərbədir. Çünki hər il Rusiyadan 3 milyondan artıq turist Türkiyədə dincəlir.
Miq.Az